Marketdən 3 ədəd sürpriz yumurta alan qadının ödədiyi məbləğ eşidənləri şok edir – VİDEO

Türkiyədə marketdən 3 ədəd sürpriz yumurta alan qadının ödədiyi məbləğ sosial mediada müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadın kassada məbləği eşidəndə böyük çaşqınlıq yaşayıb. Şokoladların bir ədədinin 300 TL olduğunu öyrənən qadın həmin an vəziyyəti tam dərk edə bilmədiyini bildirib.
“Şokdayam, bir anlıq boşluğa düşdüm. ‘Bu hesab necə 1160 TL oldu?’ dedim. Mənə ‘Bunların bir ədədi 300 TL-dir’ dedilər. Sosial anksiyetem olduğu üçün qaytara bilmədim”, – deyə o paylaşımında qeyd edib.
Gənc qadın məhsulların qiymətini eşitdikdən sonra geri qaytarmaq istəsə də, yaşadığı sosial anksiyete səbəbindən bunu edə bilmədiyini vurğulayıb.
Hadisə qısa müddətdə sosial mediada geniş rezonans doğurub. İstifadəçilər həm yüksək qiymətlər, həm də sosial çəkinmə və anksiyete problemləri ətrafında müzakirələr aparıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387964/marketden-3-eded-surpriz-yumurta-alan-qadinin-odediyi-mebleg-esidenleri-sok-edir-video



