Bazarda sağlam tərəvəzlər niyə zibilə atılıb? – VİDEO

Antalya şəhərində yerləşən topdansatış bazarında çoxlu sayda pomidor, bibər və badımcanın zibilliyə atılması ilə bağlı görüntülər ictimai narazılığa səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisəni çəkən vətəndaşın yaydığı kadrlarda tam sağlam vəziyyətdə olan tərəvəzlərin tullantıya atıldığı aydın görünür. Görüntülərdə səslənən “Zibil sevinir, amma millət sevinə bilmir” fikri isə yaranmış ziddiyyəti açıq şəkildə ifadə edir.
Qeyd olunur ki, marketlərdə qiymətlərin yüksək olması səbəbindən vətəndaşlar gündəlik mətbəx alış-verişində çətinlik çəkir. Buna baxmayaraq, istehsal və topdansatış məntəqəsində yararlı məhsulların məhv edilməsi cəmiyyətdə ciddi etirazla qarşılanıb.
Məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur və ərzaq israfı ilə bağlı nəzarətin gücləndirilməsi çağırışları səsləndirilir.
Hadisənin səbəbi ilə bağlı hələlik heç bir cavab yoxdur.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387962/bazarda-saglam-terevezler-niye-zibile-atilib-video
Mənbə: https://sonxeber.az/387962/bazarda-saglam-terevezler-niye-zibile-atilib-video



