Hadise
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndilər

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.
Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Mənbə: https://sonxeber.az/387957/gencede-telebe-qizlar-dem-qazindan-zeherlendiler



