Prezident İlham Əliyev Azərbaycan-Serbiya dostluğunu təqdir etdi - VİDEO - Admenasi
Sosial

Prezident İlham Əliyev Azərbaycan-Serbiya dostluğunu təqdir etdi – VİDEO

“Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək”. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib. “Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik – həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”, – Azərbaycan Prezidenti deyib.

Mənbə: https://sonxeber.az/387950/prezident-ilham-eliyev-azerbaycan-serbiya-dostlugunu-teqdir-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button