ABŞ vətəndaşları qan plazması sataraq milyardlarla dollar qazanıblar - Admenasi
Dunyada

ABŞ vətəndaşları qan plazması sataraq milyardlarla dollar qazanıblar

Minlərlə amerikalı öz ailə büdcələrini doldurmaq üçün qan plazması satışına müraciət edir. Belə ki, 2023-cü ildə amerikalılar bu yolla ümumilikdə 4.7 milyard dollar qazanıblar.

Bu barədə Oxu.Az “NBC News” telekanalına istinadən məlumat verib.

“ABŞ-də gündəlik təxminən 200 000 insan plazma toplama məntəqələrini ziyarət edir. Artıq təkcə kasıb rayonlarda deyil, həmçinin orta təbəqənin yaşadığı şəhərətrafı ərazilərdə və iri ticarət mərkəzlərində də bu cür məntəqələrin sayı sürətlə artır”, – deyə məlumatda bildirilib.

Nəşrin məlumatına görə, plazma donorluğu ianələrinin sayının artması ABŞ-də yaşayış xərclərinin bahalaşması ilə birbaşa əlaqəlidir. Bir çox amerikalılar, xüsusilə orta sinif nümayəndələri üçün plazma satışı ödənişlərin və gündəlik xərclərin qarşılanması üsuluna çevrilir.

Nəşr, həmçinin qeyd edib ki, ABŞ-də həftədə iki dəfəyə qədər qan plazması verilməsinə icazə var. Ən çox bildirilən yan təsirlər isə yorğunluq və başgicəllənmədir.

Mənbə: https://sonxeber.az/387912/abs-vetendaslari-qan-plazmasi-sataraq-milyardlarla-dollar-qazaniblar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button