Van İ: Beynəlxalq sistemdəki problemlər BMT-dən yox, ayrı-ayrı ölkələrin hərəkətlərindən qaynaqlanır

Beynəlxalq sistemdəki problemlər BMT-nin özündən yox, ayrı-ayrı ölkələrin hərəkətlərindən qaynaqlanır.
“Report” xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransında bildirib.
“Beynəlxalq sistemin kifayət qədər səmərəli fəaliyyət göstərməməsinin səbəbi BMT sisteminin özündə deyil, ayrı-ayrı ölkələrin fərqlilikləri və ixtilafları böyütməyə çalışması və özlərini hamıdan üstün tutmasındadır”, – o deyib.
Onun sözlərinə görə, bu, etimadın əsaslarını sarsıdır, əməkdaşlıq mühitini zəhərləyir və qlobal qarşılıqlı fəaliyyətin təmin edilməsi üzrə beynəlxalq institutların işinə mane olur.
Çinin xarici işlər naziri ziddiyyətləri bir kənara qoyaraq və diqqəti əməkdaşlığa cəmləyərək təmas nöqtələri axtarmağın zəruriliyini qeyd edib:
“Dünya müxtəlifdir və ölkələrin sosial sistemlərinə, tarixinə, mədəniyyətinə, maraqlarına və ehtiyaclarına görə fərqlənməsi təbiidir”.



