İranda yanacaq qaçaqmalçılığına zərbə: 48 qayıq müsadirə edildi - Admenasi
Dunyada

İranda yanacaq qaçaqmalçılığına zərbə: 48 qayıq müsadirə edildi

İranın cənub-şərqində yerləşən Məkran sahil zolağında yanacaq qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Oxu.Az “En son haber”ə istinadən xəbər verir ki, reyd zamanı ümumilikdə 72 min 490 litr qanunsuz yanacaq daşıyan 48 qayıq müsadirə edilib.

Əməliyyat çərçivəsində 99 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Sistan və Bəlucistan əyalətinin Sərhəd Mühafizə Komandanlığının rəsmiləri bildiriblər ki, əməliyyat kəşfiyyat məlumatı əsasında həyata keçirilib. Ələ keçirilən yanacağın ümumi dəyərinin təxminən 62 milyard 380 milyon rial (təqribən 39 min ABŞ dolları) olduğu qeyd olunur.

Rəsmi qurumlar əlavə ediblər ki, müsadirə edilən yanacaq zəruri prosedurlardan sonra aidiyyəti üzrə təhvil verilib və faktla bağlı hüquqi proses davam etdirilir.

Mənbə: https://sonxeber.az/387904/iranda-yanacaq-qacaqmalciligina-zerbe-48-qayiq-musadire-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button