Idman
Braziliyalı xizəkçi ölkəsinə ilk Olimpiya qızılını gətirdi

Braziliyalı dağ xizəkçisi Lukas Pinyeyro Broten ölkəsinin idman salnaməsində yeni səhifə açaraq, Qış Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.
Oxu.Az xəbər verir ki, nəhəng slalom yarışlarında bütün rəqiblərini geridə qoyan Broten fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, 25 yaşlı idmançı 2023-cü ilə qədər Norveç millisini təmsil edib, lakin sonradan braziliyalı köklərinə görə idman vətəndaşlığını dəyişmək qərarına gəlib.
Xatırladaq ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtalyanın Milan və Kortina-d’Ampetsso şəhərlərində keçirilir.
Mənbə: https://sonxeber.az/387827/braziliyali-xizekci-olkesine-ilk-olimpiya-qizilini-getirdi



