Hadise
İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi

Sumqayıtda tanışına qarşı dələduzluq edən şəxs tutulub.
Oxu.Az-ın məlumatına görə, zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, münasibətləri olan insan onu işlə təmin etmək vədi verib və bu yolla onun 11 500 manat pulunu mənimsəyib.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qeyd olunan əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov müəyyən edilərək saxlanılıb.
Mənbə: https://sonxeber.az/387803/is-vedi-ile-tanisinin-kulli-miqdarda-pulunu-menimsedi



