ABŞ-də universitetdə silahlı hücum: 2 nəfər öldü

South Carolina State University (SCSU) ərazisində baş verən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Sonxeber.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə dünən tələbələrin qaldığı “Hugine Suites” yaşayış kompleksində baş verib. Hadisə barədə daxil olan məlumatdan sonra hüquq-mühafizə orqanları dərhal əraziyə cəlb olunub.
2 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığı açıqlanıb. Həlak olanların şəxsiyyəti və yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Təxminən 3 min tələbənin təhsil aldığı universitetdə təhlükəsizlik tədbirləri gücləndirilib və bu gün dərslərin keçirilməyəcəyi bildirilib. Faktla bağlı araşdırma davam edir.
Mənbə: https://sonxeber.az/387741/abs-de-universitetde-silahli-hucum-2-nefer-oldu



