Yarışmada iştirakçı ilk sualda kömək haqqından istifadə etdi - VİDEO - Admenasi
Hadise

Yarışmada iştirakçı ilk sualda kömək haqqından istifadə etdi – VİDEO

“Kim Milyoner Olmak İster?” yarışmasında bir iştirakçının ilk sualda kömək haqqından istifadə etməsi studiyada təəccüb doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iştirakçıya ilk olaraq “Türkiyədə universitetə qəbul imtahanlarına girənlər imtahan zamanı hansını istifadə edə bilər?” sualı ünvanlanıb. Həyəcanına qalib gələ bilməyən iştirakçı cavabdan əmin olmadığını bildirərək tamaşaçı kömək haqqından istifadə etmək istədiyini deyib.

Bu qərar həm aparıcı, həm də studiyadakı izləyicilər arasında təəccüb yaradıb. Tamaşaçıların səsverməsi nəticəsində düzgün cavab müəyyənləşdirilib və iştirakçı mərhələni uğurla keçib.

Hadisə sosial şəbəkələrdə də müzakirə olunub, bəzi istifadəçilər iştirakçının həddindən artıq həyəcanlandığını, digərləri isə ehtiyatlı davranaraq risk etməməsini normal qarşıladıqlarını bildiriblər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387737/yarismada-istirakci-ilk-sualda-komek-haqqindan-istifade-etdi-video

Mənbə: https://sonxeber.az/387737/yarismada-istirakci-ilk-sualda-komek-haqqindan-istifade-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button