bu görüntülər izləyənləri kövrəltdi – VİDEO

Sancaktepe rayonunda geyim ianə qutusundan paltar götürən azyaşlı qızın görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə şahidi olan bir vətəndaş həmin anları mobil telefonla qeydə alaraq sosial mediada “Bu an ürəyimə oturdu…” qeydi ilə paylaşıb. Qısa müddətdə yayılan video izləyicilər arasında həm duyğusal, həm də tənqidi rəylər doğurub.
Görüntülərdə azyaşlı qızın geyim qutusunu açaraq özünə uyğun paltar seçdiyi əks olunub. Sosial şəbəkə istifadəçilərinin bir qismi hadisəni sosial-iqtisadi çətinliklərin göstəricisi kimi qiymətləndirib, digərləri isə paylaşımın etik tərəflərini müzakirə edib.
Video qısa zamanda minlərlə baxış toplayaraq gündəm mövzularından birinə çevrilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387735/bu-goruntuler-izleyenleri-kovreltdi-video
Mənbə: https://sonxeber.az/387735/bu-goruntuler-izleyenleri-kovreltdi-video



