Sürücü fənərdən istifadə edərək polis təqibindən qaçmağa çalışdı - VİDEO - Admenasi
Hadise

Sürücü fənərdən istifadə edərək polis təqibindən qaçmağa çalışdı – VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücünün polisi təqibdən yayındırmaq üçün güclü işıqdan istifadə etdiyi iddia olunur. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qaçmağa çalışan şəxs avtomobilin pəncərəsindən 100 min lümen gücündə əl fənəri çıxararaq arxadakı polis maşınına doğru yönəldib. Məlumata görə, gecə vaxtı qəfil yandırılan güclü işıq polis əməkdaşlarının görmə imkanını xeyli məhdudlaşdırıb. Hadisə təhlükəli və yol hərəkəti qaydalarına zidd addım kimi qiymətləndirilir. Qeyd olunur ki, bu cür hərəkət həm hüquq-mühafizə orqanlarının fəaliyyətinə maneə yaradır, həm də ağır yol-nəqliyyat hadisəsinə səbəb ola bilər. Hadisənin hansı ölkədə və nə vaxt baş verdiyi barədə dəqiq məlumat verilmir. Rəsmi qurumların məsələyə münasibəti hələ açıqlanmayıb.

Mənbə: https://sonxeber.az/387707/surucu-fenerden-istifade-ederek-polis-teqibinden-qacmaga-calisdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button