Gəlinin qardaşı bəyin ailəsinə külçə-külçə qızıl hədiyyə etdi – VİDEO

Səudiyyə Ərəbistanında keçirilən toy mərasimində gəlinin qardaşının bəyin ailəsinə bir qutu dolusu 24 əyar qızıl külçə hədiyyə etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərdə toy zamanı böyük bir qutunun mərasim yerinə gətirildiyi, qutunun açılması ilə içərisindən çoxsaylı 24 əyar qızıl külçələrin çıxarıldığı əks olunub. Daha sonra qızılların bəyin ailə üzvlərinə bir-bir təqdim edildiyi görünür.
Qısa müddətdə viral olan kadrlar Səudiyyə Ərəbistanındakı toy ənənələri ilə bağlı müzakirələr yaradıb. Bəzi sosial şəbəkə istifadəçiləri təqdim olunan qızılların ümumi dəyərinin böyük bir sərvətə bərabər ola biləcəyini bildirərək görüntüləri dəfələrlə paylaşıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387690/gelinin-qardasi-beyin-ailesine-kulce-kulce-qizil-hediyye-etdi-video
Mənbə: https://sonxeber.az/387690/gelinin-qardasi-beyin-ailesine-kulce-kulce-qizil-hediyye-etdi-video



