Hadise
Bakıda zəncirvari qəza – Avtobuslar bir-birinə çırpıldı+Video

Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Müzəffər Həsənov küçəsində – metronun “20 Yanvar” stansiyasının qarşısında 3 avtobus toqquşub.
Belə ki, “Bakubus”a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan “KingLong” və 159 saylı xətt üzrə işləyən “İsuzu” markalı avtobuslar bir-birinə çırpılıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387678/bakida-zencirvari-qeza-avtobuslar-bir-birine-cirpildivideo
Mənbə: https://sonxeber.az/387678/bakida-zencirvari-qeza-avtobuslar-bir-birine-cirpildivideo



