Hadise
Daha bir nəfər dəm qazının qurbanı oldu

“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
Ötən gecə saat 23 radələrində 1999-cu il təvəllüdlü Aleksandr Valeriyeviç Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: https://sonxeber.az/387640/daha-bir-nefer-dem-qazinin-qurbani-oldu



