Nazirlik bu şirkətdən milyon manatlıq şpris alır - Admenasi
Sosial

Nazirlik bu şirkətdən milyon manatlıq şpris alır

Səhiyyə Nazirliyi “Diamed CO” MMC ilə satınalma müqaviləsi imzalamaq planı var.

Qaynarinfo xəbər verir ki, nazirlik şirkətdən şpris almaq istəyir.

Məhsulun alınması üçün “Diamed CO” MMC-yə 762 000 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Diamed CO” MMC 27 oktyabr 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 9 519 934,48 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.

“Diamed CO” MMC şpris istehsal edən şirkət kimi tanınırlar.

Onun qanuni təmsilçisi Samirə Hüseynovayə haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mənbə: https://sonxeber.az/387634/nazirlik-bu-sirketden-762-min-manatliq-spris-alir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button