Beren Saat ilk klipi ilə izləyiciləri təəccübləndirdi: Yeni imici diqqət çəkdi – VİDEO

“Aşk-ı Memnu” və “Fatmagül’ün Suçu Ne?” kimi ekran işlərindəki performansıyla yadda qalan Beren Saat, bu dəfə Los Ancelesdə çəkilən ilk klipi ilə gündəmə gəldi. Klipdəki yeni saç modeli də izləyicilərin marağına səbəb oldu.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Saat açıqlamasında deyib:
“CapitaliZoo, dünyanın səni necə formalaşdırmağa çalışdığını göstərir. Hamımız azad və özümüzlə barışıq olaraq doğuluruq. Sonra fərqli simalar yaradıb özümüzdən uzaqlaşırıq. Bu klip içimizdəki uşağın ağılına bir tərifdir və hamımızın görünməz məhdudiyyətlərinə qarşı mənim etirazımdır”.
Klipin prodüserliyi və vizual işləri həyat yoldaşı Kenan Doğulu tərəfindən həyata keçirilib. 2014-cü ildə Los Ancelesdə evlənən cütlük, evliliklərinin 12-ci ilində yeni bir layihəyə imza atmış oldu.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387627/beren-saat-ilk-klipi-ile-izleyicileri-teeccublendirdi-yeni-imici-diqqet-cekdi-video



