Fövqəladə Hal Nazirliyinin Təcili Təyinatlı Rəisi Vəzifəsindən Azad Edilib - Admenasi
Sosial

Fövqəladə Hal Nazirliyinin Təcili Təyinatlı Rəisi Vəzifəsindən Azad Edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, “qoca” ləqəbli polkovnik Mübariz Əliyev vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan “qoca” ləqəbli polkovnik təqaüdə göndərilib.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Zeynalov Babək Pərviz oğlu rəis əvəzi təyin olunub.

Qeyd edək ki, ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Mənbə: https://sonxeber.az/387623/nazir-qoca-leqebli-polkovniki-vezifesinden-azad-etdi-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button