Dünyaca məşhur futbolçu yolda qarşılaşdığı fanatının evinə gedib, oyun oynayıb – VİDEO

Dünyaca məşhur futbolçu N’Golo Kanté ilə bağlı sosial mediada yayılan görüntülər gündəm olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, nə zaman çəkildiyi məlum olmayan videoya əsasən, Fenerbahçe klubunun yeni transferi Kanté Paris küçəsində qarşılaşdığı bir azarkeşinin dəvətini qəbul edib və onun evinə gedərək birlikdə FIFA oyunu oynayıb. Bu anlar sürətlə sosial mediada yayılıb və istifadəçilər Kanténin davranışını yüksək qiymətləndiriblər.
Sosial mediada bir çox şərhlərdə Kanté üçün “dünyanın ən təvazökar insanı” kimi ifadələr işlədilib. Fransız futbolçunun meydançadan kənarda da sadə və mülayim davranışı izləyicilər tərəfindən alqışlanır.
Qeyd edək ki, N’Golo Kanté 2026-cı ilin əvvəlində Fenerbahçe klubuna transfer olunub və sarı-lacivərtlilər üçün oynamağa başlayıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387606/dunyaca-meshur-futbolcu-yolda-qarsilasdigi-fanatinin-evine-gedib-oyun-oynayib-video



