Təyyarə endikdən saniyələr sonra pilotlar güllələnərək öldürüldü - VİDEO - Admenasi
Hadise

Təyyarə endikdən saniyələr sonra pilotlar güllələnərək öldürüldü – VİDEO

İndoneziyanın Cənubi Papua bölgəsində sərnişin təyyarəsinə silahlı hücum edilib.

Sonxeber.az xarici mediaya istinadənə xəbər verir ki, Smart Air aviaşirkətinə məxsus sərnişin təyyarəsi çərşənbə günü Cənubi Papuada yerləşən Korovai Batu hava limanına problemsiz eniş edib. Lakin təyyarə eniş zolağında olduğu vaxt kimliyi hələ müəyyənləşdirilməyən silahlı şəxslər hücuma keçib.

Silah səslərindən sonra təyyarədə olan 13 sərnişin – onların arasında azyaşlı uşağın da olduğu bildirilir – böyük təşviş yaşayıb. Sərnişinlər təyyarəni tərk edərək hava limanı yaxınlığındakı meşəlik əraziyə qaçıblar.

Bildirilir ki, hücum zamanı pilot GPS vasitəsilə təcili yardım siqnalı göndərib. Mesajda heyətin atəş altında olduğu və sərnişinlərlə birlikdə təhlükəsiz yerə çatmağa çalışdıqları qeyd edilib. Pilotun göndərdiyi son mesajda isə “Siqnal zəifdir, yerimizi müəyyən edin. Korovai bölgəsində atəş altındayıq” sözləri yer alıb.

Lakin pilot və ikinci pilot təhlükəsiz əraziyə çata bilməyib. Yerli polis orqanlarının məlumatına görə, hər iki pilot meşəlik ərazidən zorla çıxarılaraq yenidən hava limanına aparılıb və orada güllələnərək öldürülüb. Onların hadisə yerində həyatını itirdiyi açıqlanıb. Həlak olanların kapitan Eqon Erawan və ikinci pilot Bas Koro olduğu bildirilib.

Hücumun kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Təhlükəsizlik qüvvələri hadisənin arxasında duran şəxs və ya qrupları müəyyənləşdirmək üçün genişmiqyaslı istintaqa başlayıb. Rəsmilər təyyarədə olan 13 sərnişinin hamısının sağ qaldığını təsdiqləyiblər.

Hadisədən sonra təyyarə eniş zolağında qalıb. Yayılan görüntülərdə təyyarənin qapılarının açıq olduğu, şüşələrinin sındığı və gövdəsində çoxsaylı güllə izlərinin olduğu görünür. Həmçinin hücum nəticəsində yanacaq çəninin zədələndiyi və zolağa yanacaq sızdığı bildirilib.

İndoneziya parlamentinin nümayəndələri hadisəni kəskin şəkildə pisləyiblər. Rəsmilər bunu “qəbuledilməz insanlıq faciəsi” adlandıraraq, mülki şəxslərin və uçuş heyətinin qorunmasının dövlətin birbaşa vəzifəsi olduğunu vurğulayıblar. Hücum edənlərin tapılıb ədalət qarşısına çıxarılması üçün şəffaf və hərtərəfli istintaq aparılacağı bildirilib. Həmçinin ölkənin daxili bölgələrində yerləşən hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi açıqlanıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387607/teyyare-endikden-saniyeler-sonra-pilotlar-gullelenerek-olduruldu-video

Mənbə: https://sonxeber.az/387607/teyyare-endikden-saniyeler-sonra-pilotlar-gullelenerek-olduruldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button