Türkiyədə Kocaelispor azarkeşləri baş məşqçi Səlcuk İnan üçün sürpriz təşkil ediblər - Admenasi
Maraqli

Türkiyədə Kocaelispor azarkeşləri baş məşqçi Səlcuk İnan üçün sürpriz təşkil ediblər

Türkiyədə Kocaelispor azarkeşləri komandanın baş məşqçisi Səlcuk İnanın 41-ci doğum günündə sürpriz hazırlayıblar. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Səlcuk İnan ailəsi ilə birlikdə İstanbulda restoranda axşam yeməyi yeyərkən, təxminən 30 nəfərlik azarkeş qrupu dəniz tərəfdən qayıqlarla məkana yaxınlaşıb. Məşəllər yandıran və şüarlar səsləndirən azarkeşlər əvvəlcə məşqçini çaşdırıblar. Bildirilir ki, İnan baş verənləri əvvəlcə evlilik təklifi mərasimi hesab edib və reaksiya verməyib. Lakin həyat yoldaşının yönləndirməsindən sonra sürprizin onun üçün təşkil olunduğunu anlayıb.

Azarkeşlər “41 yaşında Kocaelisporun baş məşqçisi olmaq hər kəsə nəsib olmaz”, “Yaxşı ki, doğuldun” kimi şüarların yer aldığı pankartlar hazırlayıblar. Səlcuk İnan üçün yaşıl-qara rənglərdə tort kəsilib, xüsusi bəstələnmiş mahnı səsləndirilib.

Duyğusal anlar yaşayan İnan bunun həyatında aldığı ən gözəl sürprizlərdən biri olduğunu bildirib və azarkeşlərə təşəkkür edib. Azarkeş nümayəndələri isə 41 yaşında bu vəzifədə olmağın xüsusi məna daşıdığını vurğulayaraq ona uğurlar arzulayıblar.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387603/evlilik-teklifi-oldugunu-dusunurdu-gercek-tamam-ferqli-imis-video

Mənbə: https://sonxeber.az/387603/evlilik-teklifi-oldugunu-dusunurdu-gercek-tamam-ferqli-imis-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button