Məşhur fenomen təyyarədə siqaret çəkdiyi anları paylaşdı, cəzası görün nə oldu - VİDEO - Admenasi
Maraqli

Məşhur fenomen təyyarədə siqaret çəkdiyi anları paylaşdı, cəzası görün nə oldu – VİDEO

Sosial mediada “Erkan Abi” adı ilə paylaşdığı videolarla tanınan və 1 milyondan çox izləyicisi olan Erkan Toy təyyarədə siqaret çəkdiyi anları paylaşdıqdan sonra uçuşlardan məhrum edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan Erkan Toy AJet hava yollarına məxsus sərnişin təyyarəsində uçuş zamanı siqaret yandırıb. Qadağan olmasına baxmayaraq siqaret çəkən sərnişin həmin görüntüləri öz sosial media hesabında da yayımlayıb.

Kadrların sürətlə yayılmasının ardından hava yolu şirkəti məsələ ilə bağlı tədbir görüb. AJet tərəfindən verilən qərara əsasən, Erkan Toy “qara siyahı”ya salınıb və şirkətin reyslərindən istifadə etməsi qadağan edilib.

Mütəxəssislər xatırladır ki, mülki aviasiya qaydalarına əsasən təyyarə salonunda tütün və oxşar məhsullardan istifadə edən sərnişinlərə inzibati qaydada 24 min 681 lirə məbləğində cərimə tətbiq olunur. Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387601/meshur-fenomen-teyyarede-siqaret-cekdiyi-anlari-paylasdi-cezasi-gorun-ne-oldu-video

Mənbə: https://sonxeber.az/387601/meshur-fenomen-teyyarede-siqaret-cekdiyi-anlari-paylasdi-cezasi-gorun-ne-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button