Estetik əməliyyatdan sonra qadının üzü deformasiyaya uğradı - İddia - Admenasi
Sosial

Estetik əməliyyatdan sonra qadının üzü deformasiyaya uğradı – İddia

BAKU.WS “Xəzər TV”-ə istinadən xəbər verilir ki, paytaxt sakini Gülzar Mikayılovanın başına Bakıda edilən estetik əməliyyatdan sonra müəmmalı hadisə gəlib. Gülzar Mikayılovan iddia edir ki, həmin estetik əməliyyata “Dəniz Hospital”-da girib. O, canlı söhbətdə gördüyü kampaniyaya əsasən xəstəxanaya gedib. Ona “Üzgərmə və bir neçə fərqli prosedur ediləcək” deyilsə də, xəstəxanada bunlardan birinin həyata keçirilməyəcəyi qeyd edilib. Həmçinin, qadın iddiasına görə, əməliyyatı canlı söhbətdəki həkim yox, başqa həkim – Həmid Əsədov icra edib. Estetik əməliyyatdan sonra üzündə olan problemləri görən qadın yenidən həkimə müraciət etmək istəsə də, bu, bir müddət mümkün olmayıb. Daha sonra aparılan danışıqda həkim pulu geri qaytaracağını bildirsə də, bunu da etməyib. Həkim Həmid Əsədov isə iddiaları təkzib edərək bildirmiş ki, əməliyyatdan sonra yaranan deformasiya qanda olan problemə görədir, “Həmin çapıq getsin” deyə müalicə təklif olunsa da, qarşı tərəf qəbul etməyib və hədə-qorxu ilə pul tələb edib. Daha artıq, həkim bir müddət tibbə aid olmayan səbəblərdən fəaliyyət göstərmədəyini və hazırda isə işləmədiyini, işinə geri qayıtdıqdan sonra pulu verəcəyini deyib. Hadisədə adı hallanan xəstəxanadan məsələ ilə bağlı münasibət bildirməyib.

Mənbə: https://sonxeber.az/387595/estetik-emeliyyatdan-sonra-qadinin-uzu-deformasiyaya-ugradi-iddia

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button