Təcili çağırış olduğunu düşündü, doğum günü sürprizi ilə qarşılaşdı – VİDEO

Türkiyənin Bolu şəhərində yanğınsöndürmə briqadasının əməkdaşları həmkarları İlhamı Özer üçün maraqlı doğum günü sürprizi təşkil ediblər.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Özerə təcili çağırış ünvanı verilib. Ünvanı eşidən yanğınsöndürən təşvişə düşərək “Anam, anam, mənim evim!” deyə reaksiya verib və sürətlə yanğınsöndürmə avtomobilinə doğru qaçıb.
O, maşının sürücü oturacağına keçmək üçün qapını açarkən isə gözlənilməz mənzərə ilə qarşılaşıb. Məlum olub ki, deyilən ünvan real hadisə deyil, həmkarlarının onun üçün hazırladığı doğum günü sürprizidir.
Sürpriz qarşısında duyğulanan Özer həmkarlarına təşəkkür edib. Hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387591/tecili-cagiris-oldugunu-dusundu-dogum-gunu-surprizi-ile-qarsilasdi-video
Mənbə: https://sonxeber.az/387591/tecili-cagiris-oldugunu-dusundu-dogum-gunu-surprizi-ile-qarsilasdi-video



