AFFA Kurban Berdiyevə ağır cəza verdi - Admenasi
Idman

AFFA Kurban Berdiyevə ağır cəza verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar verilib.

“Sabah” – “Qəbələ” oyununa qonaqlar təyin edilmiş vaxtdan gec gəldiyindən, xəbərdarlıq edilib.

“Kəpəz”lər görüşün 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alıb. Buna görə, məşqçi 1 oyunluq cəzalanıb, klub 2500 manat cərimə ilə üzləşib.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alıb və ardından hakimləri təhqir edib. Bu isə Berdiyevin 4 oyunluq diskvalifikasiyasına və “Turan Tovuz”un 10000 manat cərimələnməsinə səbəb olub.

Mənbə: https://sonxeber.az/387549/affa-kurban-berdiyeve-agir-ceza-verdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button