Sərnişinlər okeana məcburi eniş edən təyyarədən görün necə təxliyyə edildi –

Somalinin paytaxtı Moqadişuda qorxu dolu anlar yaşanıb. Aden Adde Beynəlxalq Hava Limanından 55 nəfərlə havaya qalxan Somali aviaşirkəti StarSky-ə məxsus Fokker 50 tipli sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mexaniki nasazlıq barədə məlumat verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Afrika Birliyinin Somali Dəstək və Sabitləşdirmə Missiyasının (AUSSOM) yaydığı açıqlamaya görə, hava limanına geri dönməyə çalışan təyyarə Hind okeanına məcburi eniş edib. Hadisə zamanı təyyarənin qanadlarından birinin qopduğu bildirilib.
Qəza barədə məlumat daxil olduqdan sonra AUSSOM və Birləşmiş Millətlər Təşkilatının Somali Dəstək Ofisinin (UNSOS) əməkdaşları da daxil olmaqla təcili yardım və xilasetmə qrupları sürətlə hadisə yerinə cəlb olunub.
Sərnişinlər təyyarədən təhlükəsiz şəkildə təxliyə olunub. Təxliyə anları isə hadisə şahidləri tərəfindən lentə alınaraq kameralara əks olunub.



