Uşaqlar öz yaşıdlarını ağaca bağlayıb işkəncə etdilər - VİDEO - Admenasi
Hadise

Uşaqlar öz yaşıdlarını ağaca bağlayıb işkəncə etdilər – VİDEO

Ankarada uşağa qarşı dəhşətli zorakılıq: Akranları onu ağaca bağlayıb işgəncə verdilər

Türkiyənin paytaxtı Ankarada qeydə alınan görüntülər azyaşlı zorakılığının nə qədər təhlükəli həddə çatdığını ortaya qoyub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, təxminən 10 nəfərlik uşaq qrupu gündüz saatlarında başqa bir uşağı ağaca bağlayaraq ona işgəncə verib. Hadisə ərazidə olan bir vətəndaş tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.

Kadrlarda uşaqların ağaca bağlı vəziyyətdə olan həmyaşıdlarının üzərinə un və yumurta tökdüyü, ona tüpürdüyü və təhqiramiz ifadələr səsləndirdiyi bildirilir.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra hüquq-mühafizə orqanları hadisəyə müdaxilə edib. Polis zorakılıq edən uşaqların şəxsiyyətini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmaya başlayıb.

Hadisə cəmiyyətdə ciddi narazılıq doğurub, sosial mediada zorakılığa qarşı çoxsaylı etiraz paylaşımları edilib. Araşdırmalar davam edir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387532/usaqlar-oz-yasidlarini-agaca-baglayib-iskence-etdiler-video

Mənbə: https://sonxeber.az/387532/usaqlar-oz-yasidlarini-agaca-baglayib-iskence-etdiler-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button