"Qarabağ"ın rəqibi 4 oyun sonra qalib gəldi - Video - Admenasi
Idman

“Qarabağ”ın rəqibi 4 oyun sonra qalib gəldi – Video

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Nyukasl” səfərdə “Tottenhem”in qonağı olub. Qarşılaşma Eddi Haunun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xallarını 36-ya yüksəldən “Nyukasl” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 29 xalı olan “Tottenhem” isə 16-cı yerdədir. Qeyd edək ki, “Qarabağ”ın “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq. “Tottenhem” – “Nyukasl” 1:2 Qollar: Arçi Qrey, 64 – Malik Tyau, 45+5, Ceykob Remzi, 68

Mənbə: https://sonxeber.az/387526/qarabagin-reqibi-4-oyun-sonra-qalib-geldi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button