"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var - Admenasi
Sosial

“İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

Bakıda “İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib:

“1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib.

Mənbə: https://sonxeber.az/387523/idrak-liseyinde-sagirdi-terefinden-gullelenen-muellimeden-xeber-var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button