Hadise
Aralarına aldıqları şəxsi döydülər – VİDEO

İstanbulun Arnavutköy rayonunda bir qrup naməlum səbəblə bir şəxsi hücum edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qrup, aralarına aldıqları şəxsi təpik və yumruqlarla vurublar. Hadisə anları mobil telefon kamerası ilə qeydə alınıb.
Görüntülərdə bəzi sakinlərin “Bir şəxsə bu qədər insan hücum edərmi?” reaksiyası da əks olunub. Polis hadisə yerinə gələrək hücum edən şəxsləri tutmaq üçün araşdırma aparıb.
Həmçinin görüntülərdə hücum edən şəxslərdən birinin belində silah olduğu müşahidə edilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387494/aralarina-aldiqlari-sexsi-doyduler-video
Mənbə: https://sonxeber.az/387494/aralarina-aldiqlari-sexsi-doyduler-video



