Paylaşım rekordu qıran görüntü - VİDEO - Admenasi
Hadise

Paylaşım rekordu qıran görüntü – VİDEO

Mardin Kızıltepe 47 Spor’un baş məşqçisi Veysi Altun, sahə kənarındakı enerjili davranışları və diqqət çəkən görüntüsü ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Altun, matç boyunca tez-tez oturacaqlarından qalxaraq futbolçularına anlıq təlimatlar verib və oyunun gedişinə yüksək tempdə qarışması ilə diqqət çəkib. Bu xüsusiyyəti ilə o, yalnız komandası üzərində deyil, həm də sahə kənarındakı idarəetmə tərzi ilə ön plana çıxıb.

Baş məşqçinin bu davranış tərzi sosial mediada da geniş müzakirə olunub. Futbol azarkeşləri Altunun mimikaları və sahə içi reaksiyalarının məşhur portuqaliyalı mütəxəssis Jorge Jesus ilə oxşarlığını vurğulayıblar və onu “Jorge Jesus” ləqəbi ilə xatırlayıblar.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387485/paylasim-rekordu-qiran-goruntu-video

Mənbə: https://sonxeber.az/387485/paylasim-rekordu-qiran-goruntu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button