"Badamdart qəsəbəsində qaz borcu olan sakinlərə görə bütün binanın istiliyi kəsilib" - ŞİKAYƏT - Admenasi
Sosial

“Badamdart qəsəbəsində qaz borcu olan sakinlərə görə bütün binanın istiliyi kəsilib” – ŞİKAYƏT

Badamdart qəsəbəsində sakinlər qış mövsümündə istilik probleminə etiraz edirlər.

Sonxeber.az -a müraciət edən Badamdart qəsəbəsi, Sahib İbrahimxəlilov 4 ünvanı, ev 410 sakini Kərimova Xoşqədəm Məhiqızı bildirir ki, həm özünün, həm də qonşularının istiliklə bağlı ciddi problemləri var.

Sakinlərin sözlərinə görə, Səbail qazanxanasına baxan Azər Əsədov il boyu işləməyərək yalnız hava proqnozuna görə hərəkət edir. Qar yağdığı zaman istilik sistemi kəsilir və bildirir ki, binada borclar ödənməyib. Hətta sakinlərə siyahılar göndərilir və deyilir ki, qonşulardan borclar yığılmalıdır, ən azı 50 faiz ödəniş edildikdən sonra istilik veriləcək.

“Köhnə borcların yığılması bizim işimiz deyil, bu, birbaşa qazanxananın işçilərinin vəzifəsidir. Bəzi evlər dəfələrlə satılıb və ya kirayəyə verilib, borc sahiblərini tapmaq mümkün deyil, bəzilərində isə yaşayış yoxdur. Biz bir-bir qonşuların borcunu yığmalı deyilik. Əsas odur ki, mənim və bəzi qonşularımın borcu yoxdur və biz istiliyimizin verilməsini tələb edirik,”- deyə sakin qeyd edib.

O, həmçinin vurğulayıb ki, bir nəfərin qaz borcu olduğu üçün bütün binanın istiliyini kəsmək düzgün deyil: “Bu qarlı havada evdə körpə uşaqlarla istiliksiz qalmışıq. Telefonlara cavab verilmir, işçilər isə yalnız binanın borcunu ödəməyi tələb edirlər. Bizim səlahiyyətimiz deyil ki, qonşuların borcunu yığaq. Gəlsinlər, borcu olanları müəyyən etsinlər, aktlaşdırsınlar və sistemdə binanın borcu kimi göstərməsinlər. Bu problem həll olunmalıdır və bizim istiliyimiz verilməlidir.

Mənbə: https://sonxeber.az/387483/badamdart-qesebesinde-qaz-borcu-olan-sakinlere-gore-butun-binanin-istiliyi-kesilib-sikayet

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button