Avstraliyada polis namaz qılan müsəlmanlara sərt müdaxilə etdi – VİDEO

Avstraliyada İsrail Prezidenti İshak Hersoqun səfərinə etiraz olaraq keçirilən aksiyalar zamanı polis zorakılığı gündəmə gəlib.
Sonxeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və qısa zamanda dünya ictimaiyyətinin diqqətini çəkən görüntülərdə polisin heç bir təhlükə yaratmayan, sakit şəkildə namaz qılan bir qrup müsəlmana qarşı sərt müdaxilə etdiyi əks olunub.
Kadrlarda ibadət halında olan şəxslərin zorakılıqla yerə yıxıldığı, sürüklənərək saxlanıldığı və zor tətbiq olunaraq nəzarətə götürüldüyü görünür. Polis əməkdaşlarının bu addımı ictimaiyyət tərəfindən “qeyri-mütənasib və təhrikedici” müdaxilə kimi qiymətləndirilib.
Hadisə Sidney küçələrində gərginliyi daha da artırıb və sosial mediada geniş müzakirələrə səbəb olub. Rəsmi qurumların məsələ ilə bağlı açıqlama verib-verməyəcəyi hələlik məlum deyil.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387463/avstraliyada-polis-namaz-qilan-muselmanlara-sert-mudaxile-etdi-video
Mənbə: https://sonxeber.az/387463/avstraliyada-polis-namaz-qilan-muselmanlara-sert-mudaxile-etdi-video



