Üzünü örtən döymələri müzakirə yaratdı – VİDEO

TikTok vasitəsilə tanış olduğu şəxs tərəfindən evlilik vədi ilə aldadıldığını iddia edən gənc qadın Didem Arslan Yılmazın aparıcılığı ilə yayımlanan “Vazgeçme” proqramına qatılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, veriliş zamanı qadının üzünün böyük hissəsini örtən döymələr izləyicilərin diqqətini cəlb edərək proqramda geniş müzakirə mövzusuna çevrilib.
Döymələri ilə bağlı verilən suala cavab verən qadın onların xüsusi bir mənasının olmadığını bildirib və “Keçmiş həyatım üçün tövbə etdim” deyə açıqlama verib.
Proqramda yaşananlar sosial şəbəkələrdə də geniş rezonans doğurub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387460/uzunu-orten-doymeleri-muzakire-yaratdi-video
Mənbə: https://sonxeber.az/387460/uzunu-orten-doymeleri-muzakire-yaratdi-video



