Döymələri ilə qatıldığı proqrama damğa vurdu - VİDEO - Admenasi
Maraqli

Döymələri ilə qatıldığı proqrama damğa vurdu – VİDEO

Türkiyədə TikTok vasitəsilə tanış olduğu şəxs tərəfindən evlilik vədi ilə aldadıldığını bildirən gənc qadın kömək istəmək üçün Didem Arslan Yılmazın aparıcısı olduğu “Vazgeçme” proqramına qatılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkədə qurduğu münasibətin maddi itki ilə nəticələndiyini deyən qadının səsləndirdiyi iddialar qədər, üzünün demək olar ki, tamamilə qara döymələrlə örtülməsi də həm studiyadakıları, həm də ekran başındakı tamaşaçıları təəccübləndirib.

Qeyri-adi görünüşü ilə qısa müddətdə sosial mediada gündəm olan gənc qadın döymələrinin xüsusi bir mənası olmadığını bildirib. Keçmişi ilə bağlı radikal qərar verdiyini vurğulayan qadın açıqlamasında “Köhnə həyatıma tövbə etdim” sözlərini işlədib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387455/doymeleri-ile-qatildigi-proqrama-damga-vurdu-video

Mənbə: https://sonxeber.az/387455/doymeleri-ile-qatildigi-proqrama-damga-vurdu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button