İlon Mask: “SpasKs” Ay və Marsda şəhər tikəcək

Amerikalı sahibkar İlon Mask, “SpasKs”in yaxın onilliklərdə Ay və Marsda şəhərlər tikəcəyini və ilk növbədə Yer kürəsinin peykinə diqqət yetirəcəyini açıqlayıb.
Qaynarunfo xəbər verir ki, Mask bu barədə öz “X” hesabı hesabında məlumat verib.
“Bilməyənlər üçün deyim ki, “SpasKs” artıq diqqətini Ayda özünü təmin edən bir şəhərin inşasına yönəldib və biz buna on illərdən az müddətdə nail ola bilərik. “SpasKs” həmçinin təxminən beş-yeddi il ərzində Marsda bir şəhər tikməyi hədəfləyəcək…”, – sahibkar yazıb.
Mask qeyd edib ki, Marsa uçuşlar yalnız Günəş Sisteminin planetlərinin dəqiq şəkildə düzüldüyü vaxtlarda, yəni hər 26 aydan bir mümkün olacaq və səyahətin özü altı ay çəkəcək.
Onun sözlərinə görə, Aya raketlər hər on günərdən bir buraxıla bilər və səyahətin özü iki gün çəkəcək, bu da Yer kürəsinin peykində daha tez bir şəhər tikməyə imkan verəcək.
Mənbə: https://sonxeber.az/387409/mask-ayda-ve-marsda-seher-salmaq-isteyir



