Fəzail Ağamalı vəfat etdi - Admenasi
Sosial

Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

Sonxeber.az Manset.az-a istinadən xəbər verir ki, o bu dəqiqələrdə Türkiyədə vəfat edib.

Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib.

Qeyd edək ki, 79 yaşlı Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi. Yanvarın 24-ü onun qızı, Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi.

Mənbə: https://sonxeber.az/387433/fezail-agamali-vefat-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button