"Aqressiya əsl hissləri gizlədən maskadır" - Samirə Bağırova - Admenasi
Sosial

“Aqressiya əsl hissləri gizlədən maskadır” – Samirə Bağırova

Son dövrlərdə insanların bir-birinə qarşı daha tez aqressiya göstərdiyi müşahidə olunur. Gündəlik həyatda, yollarda, sosial şəbəkələrdə və hətta ən yaxın münasibətlərdə belə əsəb, dözümsüzlük və emosional partlayışlar artıb. Bir çoxları bu vəziyyəti stress, iqtisadi çətinliklər və sürətli həyat tempi ilə əlaqələndirir. Bəs, aqressiyanın kökündə hansı psixoloji faktorlar dayanır? Bu hal fərdi problemdirmi, yoxsa kollektiv psixoloji gərginliyin nəticəsidir?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, aqressiya bəzən əsl hissləri gizlədən bir maskadır:

“Psixologiyada vacib bir anlayış var – kontrol hissi. İnsan həyatına təsir edə bilmədiyini hiss etdikdə daxili gərginlik artır və aqressiya yaranır. Bu aqressiya bəzən zəif görünən hədəfə yönəlir.

Emosiyalar yoluxucudur. Buna “sosial yoluxma effekti” deyilir. Beyin bunu normal reaksiya kimi qəbul edir və zamanla bu hal vərdişə çevrilir.

Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək, rəqəmsal mühitdə yaşamaq və yazışmalarda emojilərdən çox istifadə emosiyaların və empatiyanın azalmasına səbəb olur.

Nəticədə kədər qəzəb, qorxu isə hücum şəklində üzə çıxır. Utanc hissi isə çox zaman təhqir kimi ifadə olunur. Yəni, görünən aqressiya bəzən əsl hissləri gizlədən bir maskadır.

Zamanla aqressiya normallaşır və adi davranış qaydası kimi qəbul edilməyə başlayır”.

Mənbə: https://sonxeber.az/387424/aqressiya-esl-hissleri-gizleden-maskadir-samire-bagirova

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button