10 gün evində saxladı, muzeyə gətirəndə şəhər ayağa qalxdı - VİDEO (Azərbaycan versiyası) - Admenasi
Maraqli

10 gün evində saxladı, muzeyə gətirəndə şəhər ayağa qalxdı – VİDEO (Azərbaycan versiyası)

Bursada piknik zamanı partlamamış top mərmisi tapdığını iddia edən şəxs mərmini təxminən 10 gün evində saxladıqdan sonra arxeologiya muzeyinə təhvil verdi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursanın Gürsu rayonunda qeydə alınıb. Məlumata görə, 50 yaşlı P.А. dostları ilə piknik etdiyi meşəlik ərazidə torpağın üzərində metal parçasına bənzər bir əşya görüb. Yaxından baxdıqda bunun top mərmisi olduğunu anladığını bildirib.

Tapdığı mərmini muzeyə təhvil vermək istəyən P.А.-nın iş yerindən icazə ala bilmədiyini əsas gətirərək, təhlükəli əşyanı təxminən 10 gün evində saxlayıb. O, səhər saatlarında Osmangazi rayonunun Çekirge məhəlləsində yerləşən Bursa Arxeologiya Muzeyinə gedərək mərmini əməkdaşlara təqdim edib.

Mərminin muzeyə gətirilməsindən sonra əməkdaşlar dərhal polisə məlumat verdilər. Hadisəyerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər və hadisə yeri istintaq qrupu cəlb olundu.

İlkin araşdırma zamanı top mərminsizin təxminən 110 illik olduğu və partlamadığı müəyyən edildi. Tapıntı mütəxəssislər tərəfindən təhlükəsiz şəkildə nəzarətə götürüldü.

Jurnalistlərin suallarını cavablandıran P.А.-nın “Piknik edərkən tapdım” deyərək gülümsəməsi diqqət çəkdi. Şəxs ifadəsi alınmaq üçün saxlanıldı.

Faktla bağlı istintaq başladı. Top mərmisinin hansı dövrə aid olduğu aparılacaq detallı ekspertizadan sonra dəqiqləşəcək.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387412/10-gun-evinde-saxladi-muzeye-getirende-seher-ayaga-qalxdi-video

Mənbə: https://sonxeber.az/387412/10-gun-evinde-saxladi-muzeye-getirende-seher-ayaga-qalxdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button