Bacısını qızbək tərəfindən yeznəsi ilə mübahisədən sonra yeznəsi ərini 8 güllə ilə öldürdü. - Admenasi
Hadise

Bacısını qızbək tərəfindən yeznəsi ilə mübahisədən sonra yeznəsi ərini 8 güllə ilə öldürdü.

Sonxeber.az-ın türk mediyasına verdiyi məlumata əsasən, hadisə saat 11:00 radələrində Yıldırım rayonunun Fidyekızık məhəlləsində baş verib. Məlumata görə, Fırat Ç. (25) küçədə bacısının həyat yoldaşı Alperen Şahin (30) ilə qarşılaşıb.

İddiaya əsasən, ailə məsələləri üzrə tərəflər arasında mübahisə yaranıb. Bu zaman Fırat Ç. üzərində olan tapança ilə yeznəsinə atəş açıb. Şahinə 8 güllə dəyib. Hadisə barədə məlumat verildikdən sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Ağır yaralanan Alperen Şahin ilkin tibbi yardım göstərildikdən sonra Bursa Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Fırat Ç. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Mənbə: https://sonxeber.az/387399/bacisinin-erini-8-gulle-ile-oldurdu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button