Əksəriyyətə nifrət edilən məxşər heyvanlar xəstəxanada tapıldı - VİDEO - Admenasi
Sosial

Əksəriyyətə nifrət edilən məxşər heyvanlar xəstəxanada tapıldı – VİDEO

Türkiyənin Muğla Təhsil və Araşdırma Xəstəxanasında 15 gündür müalicə alan bir pasiyent xəstəxanada siçan gördüyünü iddia edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, pasiyent məsələ ilə bağlı məsul şəxslərə məlumat versə də, heç bir tədbir görülmədiyini bildirib.

Daha əvvəl taxtabiti iddiaları ilə də gündəmə gəlmiş Muğla Təhsil və Araşdırma Xəstəxanasında bu dəfə palatalarda siçan görüldüyü irəli sürülüb. Xəstəxanada iki həftədən çoxdur qaldığını deyən vətəndaş, həm özünün, həm də digər pasiyentlərin siçan gördüyünü iddia edib. Onun sözlərinə görə, vəziyyət barədə xəstəxana rəhbərliyinə məlumat verilsə də, problem aradan qaldırılmayıb.

Pasiyent bildirib ki, xəstəxananın giriş hissəsində siçan tələlərinin qoyulduğunu da görüblər. Bu hal isə gigiyena və sanitar vəziyyətlə bağlı narahatlıqları daha da artırıb.

Qeyd edək ki, sözügedən tibb müəssisəsi daha əvvəl də taxtabiti və yeməklərdə qurd çıxması ilə bağlı şikayətlərlə gündəmə gəlmişdi. İddialar xəstəxanalarda gigiyena şəraiti ilə bağlı müzakirələri yenidən alovlandırıb. Xəstəxana rəhbərliyindən məsələ ilə bağlı hal-hazırda rəsmi açıqlama verilməyib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387387/xestexanada-sican-goruldu-rehberliyin-aldigi-qerar-sok-etdi-video

Mənbə: https://sonxeber.az/387387/xestexanada-sican-goruldu-rehberliyin-aldigi-qerar-sok-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button