Yeniyetmələr arasında bıçaqlanma – 3 nəfər yaralandı- Yenilənib

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.M.-ə bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi 2009-cu il təvəllüdlü H.A. polis əməkdaşları tərəfindən saxlanılıb.
Bıçaqlanmanın münaqişə zəminində törədildiyi bildirilir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 8-i saat 22:10 radələrində 3 nəfər (kişi) xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.
Mənbə: https://sonxeber.az/387378/yeniyetmeler-arasinda-bicaqlanma-3-nefer-yaralandi-yenilenib



