Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirib - Admenasi
Dunyada

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirib

Hindistan Sahil Mühafizəsi keçirdiyi əməliyyat zamanı İranla əlaqəli üç neft tankerinin ələ keçirildiyini bildirib.

Oxu.Az xəbər verir ki, məlumatı “Azad İran” “Telegram” kanalı İran mediasına istinadən yayıb.

Məlumata görə, Hindistan gəmiləri beynəlxalq sanksiyaları pozan və qanunsuz neft qaçaqmalçılığı ilə məşğul olan üç tankeri saxlayıblar. Yerli media bu tankerlərin eyni şirkətə məxsus olduğunu və 2025-ci ildə ABŞ tərəfindən sanksiyalar siyahısına salındığını qeyd edib.

Bununla yanaşı, “TankerTrackers” analitik platforması Hindistan tərəfindən saxlanılan tankerlərin ABŞ-nin sanksiya siyahısında olan “Stellar Ruby”, “Al Jafzia” və “Asphalt Star” adlı gəmilər olduğunu açıqlayıb.

Mənbə: https://sonxeber.az/387360/hindistan-irandan-neft-dasiyan-tankerleri-ele-kecirib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button