Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI - Admenasi
Dunyada

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Ukraynanın İşğal altındakı qondarma “LNR” ərazisində baş verən daha bir insanlıq dramı cəmiyyətdə ciddi rezonans doğurub.

Qondarma “LNR” ərazisində 21 yaşlı qadın yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna atıb.

Məlumata görə, körpə təsadüfi yoldan keçən şəxs tərəfindən möcüzə nəticəsində aşkarlanıb. Həkimlərin bildirdiyinə görə, azyaşlı qızda ağır hipotermiya və donvurma qeydə alınıb. Hazırda körpənin həyatını xilas etmək üçün reanimasiya tədbirləri davam etdirilir.

Hadisəni törədən ana barəsində cinayət işi açılıb. Ona 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası təhdidi var.

Qeyd edək ki, olay Kabıçevka kəndində baş verib. /musavat

Mənbə: https://sonxeber.az/387351/yeni-dogulmus-korpesini-kuce-tualetinin-quyusuna-atdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button