Vitse-spiker: Slovakiya sabitliyin pozulması təhdidlərinin öhdəsindən gəldi - Admenasi
Dunyada

Vitse-spiker: Slovakiya sabitliyin pozulması təhdidlərinin öhdəsindən gəldi

Slovakiya sabitliyin pozulması təhdidlərinin öhdəsindən gəldi, hazırda ölkədə vəziyyət sabitdir.

“Report” xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar TASS-a müsahibəsində bildirib.

“Hazırda Slovakiyada vəziyyət sabitdir. Güc və kəşfiyyat strukturları ölkədə xaricdən idarə olunan sistematik və sübut olunmuş qeyri-sabitləşdirmə cəhdləri qeydə almayıb, baxmayaraq ki, digər ölkələr kimi Slovakiya da dezinformasiya və hibrid təhdidlərlə üzləşir”, – o, ölkədə ötənilki etirazları şərh edərkən bildirib.

Vitse-spikerin sözlərinə görə, etirazlar vətəndaşların öz fikirlərini ifadə etmək hüququnun təzahürü olub.

“Hökumət ictimai dialoqun və demokratik təsisatlara hörmət edilməsinin zəruriliyini vurğulayır”, – o izah edib.

Mənbə: https://sonxeber.az/387275/vitse-spiker-slovakiya-sabitliyin-pozulmasi-tehdidlerinin-ohdesinden-geldi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button