2026-cı ildə çip satışlarının həcmi bir trilyon dollara çata bilər - Admenasi
Dunyada

2026-cı ildə çip satışlarının həcmi bir trilyon dollara çata bilər

2026-cı ildə dünya üzrə çip satışlarının həcmi bir trilyon dollara çata bilər.

Oxu.Az bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) saytına istinadən xəbər verir.

SIA-nın məlumatına görə, 2025-ci ildə çip satışları rekord həddə – 791.7 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 25.6% çoxdur.

SIA ekspertlərinin fikrincə, eyni artım tempinin 2026-cı ildə də qorunacağı gözlənilir, çünki qlobal texnologiya şirkətləri süni intellekt üçün məlumat mərkəzlərinin yaradılmasına yüz milyardlarla dollar xərcləyirlər ki, burada da yeni çiplərə böyük ehtiyac var.

2025-ci ildə satışlar ən çox Asiya-Sakit okean regionunda (45%), həmçinin Şimali və Cənubi Amerikada (30,5%) artıb. Dünyada ən böyük tələbat “Nvidia”, AMD və “Intel” tərəfindən istehsal olunan perspektivli hesablama sistemləri üçün nəzərdə tutulan çiplərə müşahidə olunub.

Mənbə: https://sonxeber.az/387266/2026-ci-ilde-cip-satislarinin-hecmi-bir-trilyon-dollara-cata-biler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button