Vüqar Bayramov: 2026-cı ildə orta aylıq pensiyanın qiyməti 590 manata çatacaq - Admenasi
Sosial

Vüqar Bayramov: 2026-cı ildə orta aylıq pensiyanın qiyməti 590 manata çatacaq

“2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımındır” – bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramovun açıqlamasının mətinidir.

Vüqar Bayramov belə demişdir: “9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalar, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.”

Mənbə: https://sonxeber.az/387287/deputatdan-pensiyalarla-bagli-sad-xeber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button