Yaponiyada güclü qar: Ölənlərin sayı artdı - Admenasi
Dunyada

Yaponiyada güclü qar: Ölənlərin sayı artdı

Yanvarın 20-dən bəri Yaponiyanın şimalını və Yapon dənizi sahillərini vuran güclü qar nəticəsində ölənlərin sayı 45-ə çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu, Yaponiya Yanğından Mühafizə və Xilasetmə İdarəsinin statistikasında əksini tapıb.

Yerli hakimiyyət orqanlarının ümumi statistikasına görə, qış mövsümünün başlanğıcından pis hava şəraitindən ölənlərin ümumi sayı 68-ə çatıb.

Ölənlərin əksəriyyəti qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yolları və səkiləri təmizləyərkən vəziyyəti pisləşənlərdir. Ən çox ölüm hadisəsi Niiqata və Akita prefekturalarında qeydə alınıb. Ümumilikdə güclü qar yağışı nəticəsində təxminən 540 zərər görüb və təxminən 200 nəfər ağır xəsarət alıb.

Son həftələrdə ən çox intensiv yağışlar ölkənin bir neçə şimal bölgəsində, əsasən Niiqata, Hokkaydo, Akita və Yamaqatada müşahidə olunub. Fəlakətin nəticələrini aradan qaldırmaq və yardım göstərmək üçün zərər çəkmiş ərazilərə silahlı qüvvələr göndərilib.

Qeyd edək ki, daha əvvəl güclü qar nəticəsində ölənlərin sayı 42 nəfər idi.

Mənbə: https://sonxeber.az/387240/yaponiyada-guclu-qar-olenlerin-sayi-artdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button