Hadise
At ətini gətirib Bakıda “mal əti” kimi satmağı planlaşdıran dəstə tutuldu

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.
Mənbə: https://sonxeber.az/387239/at-etini-getirib-bakida-mal-eti-kimi-satmagi-planlasdiran-deste-tutuldu



